TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş

Hadisə

17 Dekabr 2025 21:23 5284


Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb. 

“Yeni Sabah” xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb.

Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib. Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər. Marqarita pizza

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.

Qeyd edək ki, vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir. Məlumata görə, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə hələ məktəblidir.

Hadisənin təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib. / Denmedia.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!