TƏCİLİ: Suriyaya bu şəxs rəhbərlik edəcək -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ: Suriyaya bu şəxs rəhbərlik edəcək - FOTO

Dünya

09 Dekabr 2024 16:16 1464


Suriyanın keçmiş baş naziri Riyad Hicab keçid dövrü üçün ölkə hökumətinə rəhbərlik edəcək.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Bu nəşrlər keçid hökumətinin rəhbərliyini 2012-ci ilin iyun-avqust aylarında Suriyanın baş naziri vəzifəsini icra etmiş Hicabın üzərinə götürəcəyinə işarə edir. Sezar pizza

Qəzet qeyd edib ki, bu yolla Vaşinqton Suriya silahlı müxalifətinin lideri, Əbu Məhəmməd Əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şara ilə iş görməyəcək.

Məlumata görə, Əl-Culani Dəməşqdə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının rəhbəridir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!