“Tehran“ Emmi mükafatı aldı

saytların hazırlanması

Evə çatdırılma

“Tehran“ Emmi mükafatı aldı

Şou

23 Noyabr 2021 11:52 856


Beynəlxalq Emmi Mükafatları Nyu-Yorkda öz sahiblərini tapıb.

Yenisabah.az xəbər verir ki, Nigeriya əsilli amerikalı aktrisa Ynonne Orji bu il keçirilən mərasimin aparıcısı olub.

Ən Yaxşı İncəsənət Proqramı mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrick by Kubrick” adlı fransız sənədli filmi qazanıb.  Marqarita pizza

Britaniyalı aktrisa Heyli Skires "Yetkinlər üçün material" serialındakı roluna görə "Ən yaxşı qadın rolu" mükafatını, Devid Tennant isə "Des" serialında qatil obrazını canlandırdığına görə "Ən yaxşı aktyor" mükafatını layiq  görülüb. 

“Ən yaxşı komediya” nominasiyasında mükafat Türkiyə üçün də uyğunlaşdırılmış Fransanın “Müdürümü çağır” (Dix Pour Cent) və dram kateqoriyasında İsrailin “Tehran” serialına verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!