Təhsil eksperti Tolikin verilişinə niyə qatılmadı?

saytların hazırlanması

Evə çatdırılma

Təhsil eksperti Tolikin verilişinə niyə qatılmadı?

Şou

04 Fevral 2022 17:55 1394


Ötən gün təhsil eksperti Kamran Əsədov "Facebook” səhifəsində paylaşım edərək bildirib ki, MUZ TV-də yayımlanan "Tarixin bir günü" verilişində qonaq olacaq və təhsili ictimai müzakirə edəcəklər.

Yenisabah.az xəbər verir ki, bu paylaşıma insanlar fərqli təpki veriblər.

Kamran Əsədov qeyd edib ki, insanlar düşünməsinlər ki, ictimai qınağa görə verilişdə iştirak etməyib, əslində səbəb başqa olub: pizza mizza

"Düşünməsinlər ki, mən ictimai qınağa görə verilişə getmədim. Sadəcə dedim ki, mənim bu platformada problemi deməyim düzgün olmaz. Həm də mənim orada çıxışım birtərəfli monoloq şəklində olacaqdı, çünki başqa təhsil eksperti dəvət olunmamışdı. Yəni, problemi gərək həmin sahənin mütəxəssisləri ilə müzakirə edəsən. Kütlə baxımından Tarix Əliyev kifayət qədər geniş kütləyə malikdir. İstər sosial şəbəkələrdən, istər televiziyadan. Amma həqiqətən insanlar bu məsələdən narahat olsaydılar, bir baxardılar ki, nə müzakirə olundu, nə deyildi. Mənim əsas məqsədim budur ki, təhsil müzakirə olunsun. Təhsil hanısa 5-6 nəfərin kabinetdə yığılıb çay içə-içə müzakirə edəcəyi bir məsələ deyil, təhsil bizim hamımızın işidir, ictimai işdir. Bunları ciddi müzakirə etmək lazımdır, amma ciddi müzakirəyə də insanlar heç biri baxmır”.

Məsələ ilə bağlı Tarix Əliyev (Tolik) AZXEBER.COM-a açıqlamasında bildirib ki, Kamran Əsədov verilişə gəlməsə də, efir çox maraqlı olub:

"Mən Kamran müəllimi həyatdan tanımıram, amma onu çox verilişlərdə görmüşəm. Onun doğurdan da yaxşı bir təhsil eksperti olduğunu bilirəm. Amma prodüserə deyib ki, insanlar tərəfindən təpki gəlib. Düzü, nə müzakirələr olub, bu barədə xəbərim yoxdur. Onlar gedib Lalə Azərtaşın verilişində otururlar, Ora ekspert kimi nəyə gedir ki? Gedib ailə problemlərindən danışır, mən təhsil üçün çağırmışdım. Bizim verilişə gəlmədi, canı sağ olsun, bizim veriliş də maraqlı keçdi, tamaşaçılar da gördü ki, mən istəsəm sosial mövzulara toxuna bilərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Tolik deyir ki, mən istəsəm, sosial mövzulara toxuna bilərəm. Vətəndaş olaraq toxuna bilərsən..Heç kim də sənin fikirlərinin arzumanında deyil. Amma veriliş apara bilməzsən, həmçinin təhsil haqqında. Televiziya Şurası niyə belə susqunluq göstərir? Mənim bildiyimcə, MUZ TV-nin öhdəliyindən, hüdudlarından, belə deyək, formatından kənara çıxır. MUZ TV musiqili xəbərlər, kliplər nümayiş etdirməlidir, pedaqoji, sosial mövzular müzakirə etməməlidir. Sonra ictimai rəydən danışırlar. İnsanların rəyinə məhəl qoyulmur, əksinə, kimdən irad bildirilirsə, onu bir qədər də populyarlaşdırırlar.
    4 years ago