Təhsil haqqı ilə bağlı nazirlikdən tələbələrə müraciət

saytların hazırlanması

Evə çatdırılma

Təhsil haqqı ilə bağlı nazirlikdən tələbələrə müraciət

Sosial

05 İyun 2020 15:18 1180


Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir.

Həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir.  Dominos pizza

Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!