Təklik bu xəstəliklərə səbəb olur - DİQQƏT

saytların hazırlanması

Evə çatdırılma

Təklik bu xəstəliklərə səbəb olur - DİQQƏT

Maraqlı

28 İyun 2024 12:52 1842


Tənhalıq ciddi xəstəliklərə səbəb olur. 

Yenisabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı açıqlamasında tənhalığın bədbəxtliyə səbəb olduğunu və ani ölüm riskini artırdığını təsdiqləyib. 

Belə ki, yalnızlıq psixiatrik xəstəliklər üçün risk faktoru hesab edilir. Depressiya və narahatlıq pozğunluğu kimi digər psixiatrik xəstəliklərin də inkişafına təkan verir.  Sezar pizza

Bu gün hər dörd nəfərdən birinin tək yaşadığı bildirilmiş, tənhalığın sağlamlığa mənfi təsir göstərə biləcəyi vurğulanmışdı. Yalnızlıq mövcud tibbi xəstəliklərin gedişatına mənfi təsir göstərə bilər və xüsusilə 65 yaşdan yuxarı insanlarda bir çox xəstəliklərə səbəb ola bilər.  

Artan texnoloji sosiallaşma faktiki sosial qarşılıqlı əlaqəni azaldaraq psixi sağlamlığa mənfi təsir göstərir. Bu səbəbdən də daxilə çevrilməkdənsə, zahirə çevrilərək ictimailəşməyə çalışmağın vacib olduğu bildirilir. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!