Tələbələr arasında ölümlə nəticələnən davanın görüntüləri yayıldı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Tələbələr arasında ölümlə nəticələnən davanın görüntüləri yayıldı - Video

Kriminal

15 May 2019 14:02 1643


Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb.

Dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb.  Dominos pizza

Həmin şəxsin ölən şəxslə dalaşdığı, ancaq döyülməsinə baxmayaraq mərhuma faktiki bir xəsarət yetirmədiyi görünür. Q.Əsgərov yıxılarkən də ona ilk köməyə qaçan o olduğu kadrlardan aydın seçilir. 

Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.

Həmin davanın özəl görüntülərini təqdim edirik:

Azxəbər.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!