Tələbəni “şamtutan” adlandıran direktordan növbəti qalmaqal:   Bir gündə 67 müəllimi işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Tələbəni “şamtutan” adlandıran direktordan növbəti qalmaqal: Bir gündə 67 müəllimi işdən çıxardı

Hadisə

01 Oktyabr 2021 18:35 4219


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. 

Yenisabah.az xəbər verir ki, işdən çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, beşi isə şöbə müdirləridir.

Məlumata görə, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralova verib və müəllimləri Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət ediblər. Sezar pizza

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü. 

Qeyd edək ki, N. Qaralovanın keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir./Bakupost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!