“Səhər 7-də yatdım, təzyiqim kəllə çarxda idi. İndi bəzi rəylərlə tanış oldum. Əlbəttə, qarşıda hələ müzakirə ediləcək çox suallar var. Ona görə hələlik iki sualı qarşınıza qoyum. Birincisi, 45 gün bundan əvvəlki vəziyyəti və Qarabağla bağlı 26 ildir nələri istədiyimizi bir daha yadınıza salın. İkincisi, təsəvvür edin ki, müharibə davam edir, bu günə qədər sətiraltı hədələri, qoşunlarını sərhədlərə yığan İranın son "bölgədə heç bir ərazi dəyişikliyi baş verə bilməz" hədəsini, Rusiyanın helikopterinin vurulmasından dərhal sonra Moskvada səslənən çağırışları göz önünə gətirin. Təsəvvür edin ki, Türkiyədə bizi müdafiə etməyə girişir. Müharibə artıq bütün bizim ərazilərdə davam edir. Bura əlavə edin ki, ABŞ-da Bayden işə başlayır və Azərbaycana qarşı sanksiyaları tətbiq edir”.
Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə yazıb.
O, bunları təsəvvür edəndən sonra ön cəbhədə həlak olanların, hələ də ön cəbhədə vuruşanların ailələrinin göz önünə gətirilməsini istəyib: pizza hut
“Vətəndaşlarda sual yaradan məqamlara rəsmi reaksiyaları gözləyin. Bu müharibə bir şeyi bizə qəti öyrətdi ki, tələskənlik edib neqativə düşmək lazım deyil. Prezident dünənki müraciətində sevinc hissini gizlədə bilmirdi. Heç olmasa məntiqlə bu barədə düşünün. Bu müqaviləni Qələbə yox, məğlubiyyət kimi dəyərləndirənlərdən kimin özünün, yaxud balasının müharibədə olduğunu bilsəniz, mənə də xəbər verin, bilim”.
Telegram kanalımız