Telman İsmayılov iki aylıq həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Telman İsmayılov iki aylıq həbs olundu

Hadisə

02 Oktyabr 2021 19:51 884


Monteneqroda saxlanılan Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib.

Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib: pizza hut

“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”

Vəkil bildirib ki, Monteneqro hökuməti T. İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.

Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!