Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi

Rəsmi

06 Fevral 2020 16:38 1090


"Çerkizovsk” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı Rafiq İsmayılova hökm oxunub.

"Yeni Sabah" xəbər verir ki, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

İşə Moskva Regional Məhkəməsində baxılıb. O, iki və ya daha çox şəxsin qətlində və silah alverində təqsirli bilinib. Dördpendirli pizza

İstintaqın versiyasına görə, İsmayılov qardaşları Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lublino motors”un təsisçisi Yuri Brilevə qarşı sui-qəsd təşkil ediblər. Qətlin icraçısı Mehman Kərimov olub. Silahı isə ona Rafiq İsmayılov verib.

2017-ci ilin mart ayında saxlanılan Kərimov təqsirini tam etiraf edib və İsmayılov qardaşlarının cinayətdə iştirak etməsi barədə ifadə verib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!