“Təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”- İsa Həbibbəyli

saytların hazırlanması

Evə çatdırılma

“Təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”- İsa Həbibbəyli

Sosial

13 Mart 2019 19:08 980


“Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı təklif edilmişdi ki, özəl təhsil müəssisələrində təhsil alanların da tibbi müayinəsi ödənişsiz həyata keçirilsin. Amma, bu, məqsədəuyğun hesab edilmədi”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər: “Tibbi müayinənin pullu olması gərginlik yaratmaz. Çünki bu, simvolik vəsaitdir. Bu baxımdan bu təklif qanuna daxil edilmədi”. Dominos pizza

Komitə sədri vurğulayıb ki, repetitorların qarşısını almaq üçün müəllimlərin maaşının artırılması məsələsi qaldırılmışdı: “Əməkhaqqı Prezidentin sərəncamı ilə artırılır. Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır. Bu istiqamətdə sosialyönümlü siyasət həyata keçirilir. Qanunda olan təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!