Təranə Qumraldan infarkt keçirən Musa Musayevlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Təranə Qumraldan infarkt keçirən Musa Musayevlə bağlı açıqlama

Şou

30 Oktyabr 2023 19:14 2170


Müğənni Musa Musayevin vəziyyəti yaxşıdır.

Bu barədə Oxu.Az-a Musa Musayevin həyat yoldaşı, müğənni Təranə Qumral məlumat verib.

Təranə Qumral qeyd edib ki, hazırda hər şey qaydasındadır: Marqarita pizza

“Öncə maraqlanan hər kəsə təşəkkür edirəm. Bir neçə gündür ki, hamı narahatdır. Telefonlarımız susmur. Musa indi bir qədər yaxşıdır. Hər şey qaydasındadır. Evdə müalicələri davam etdirilir.

Həkim deyib ki, Musa özünü infeksiyalardan və digər xəstəliklərdən qorumalıdır. İkinci dəfədir ki, infarkt keçirib. Özünə diqqət etməlidir ki, ikinci bir xəstəlik yaranmasın”.

T.Qumral həyat yoldaşının infarkt keçirmə anından danışıb:

“Xəstəlikdir, qəfil gələn bir şeydir. Öncədən, təəssüf ki, insana xəbər etmir. Anidən olub. Toydan gəlmişdik. Yorğun idik. Gərginlik, yorğunluq - hamısı üst-üstə gəlib. Yüksək təzyiqi də var”.

Xatırladaq ki, Təranə Qumral bir neçə gün öncə canlı efirlərin birində həyat yoldaşının ikinci dəfə infarkt keçirdiyini qeyd edib. Hər kəsdən gizli saxladıqlarını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!