Tərtərdə 21 yaşlı gənci bıçaqlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə 21 yaşlı gənci bıçaqlayan şəxs tutuldu

Kriminal

24 Fevral 2022 15:56 471


Tərtər Rayon Prokurorluğu 21 yaşlı gəncin qətli barədə məlumat yayıb.

Prokurorluqdan "Yeni Sabah"a daxil olan məlumatda deyilir:

"Fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sezar pizza

Aparılan ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!