Tərtərdə mina partlayışı: Təfərrüat məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə mina partlayışı: Təfərrüat məlum oldu

Hadisə

29 Aprel 2023 09:37 846


Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Ərazi əvvəllər qoşunların təmas xətti olub.

"RPS Energy Ltd." şirkəti əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb. Dördpendirli pizza

Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir.

Hadisə nəticəsində zərərçəkmiş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir. Faktla bağlı cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!