Texasda atışmada ölənlərin sayı 7-yə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Texasda atışmada ölənlərin sayı 7-yə çatdı

Dünya

01 Sentyabr 2019 18:55 1128


ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin sayı 7 nəfərə çatıb.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə yerli Odessa şəhər polisi məlumat yayıb.

Yaralılardan birinin durumu ağırdır. Daha əvvəl atışma zamanı 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilib. pizza hut

ABŞ Daxili Təhlükəsizlik naziri əvəzi Kevin Makalinan bildirib ki, hüquq-mühafizə orqanları aktiv araşdırma aparır, ancaq cinayətin motivi barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, dünən Texas ştatının cənubunda naməlum şəxs “Home Depot” mağazasına atəş açıb. Hadisə Midlend və Odessa şəhərlərini birləşdirən yolda baş verib. Polis öncə iki nəfərin atəş açdığını ehtimal etsə də, sonradan atəş açanın bir nəfər olduğu müəyyənləşdirilib. Polislə atışmada "35 yaşlarında ağdərili şəxs" öldürülüb. Məlum olub ki, o, ABŞ Poçt Xidmətinin avtomobilini oğurlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!