Təyyarə qəzasında ölən rusiyalılar: Zaxarova adları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə qəzasında ölən rusiyalılar: Zaxarova adları açıqladı

Dünya

31 Yanvar 2025 11:24 236


Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanlar arasında 3 Rusiya vətəndaşı da var, təyyarə qəzasının daha bir qurbanının Rusiya vətəndaşlığı dəqiqləşdirilir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O xatırladıb ki, qəzaya uğrayan təyyarənin göyərtəsində həmyerliləri, o cümlədən Rusiya fiqurlu konkisürmə üzrə komandanın tərkibində dünya çempionları: Yevgeniya Şişkova, Vadim Naumov, həmçinin ABŞ-da işləyən  məşqçi İnna Volyanskaya da olub.  pizza mizza

"Səfirliyimiz bu məsələlərin bütün spektri üzrə ABŞ Dövlət Departamenti ilə əlaqə saxlayır", - diplomat qeyd edib. 

Cümə axşamı Ronald Reyqan Milli Hava Limanına yaxınlaşan 3 ekipaj üzvünün olduğu "Black Hawk" hərbi helikopteri 60 sərnişin və 4 ekipaj üzvünün olduğu "American Airlines" təyyarəsi ilə toqquşub. Təyyarənin qalıqları Potomak çayına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!