Təyyarədə dava düşdü - Pilot təcili...

saytların hazırlanması

Evə çatdırılma

Təyyarədə dava düşdü - Pilot təcili...

Dünya

14 Fevral 2025 13:00 317


Antalyadan Astanaya uçan “Pegasus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə baş verən insident səbəbindən Ərzurum hava limanına məcburi eniş edib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, uçuş zamanı ukraynalı bir cütlüklə qazaxıstanlı qadın sərnişinlər arasında mübahisə yaranıb. Gərginlik qısa müddətdə əlbəyaxa davaya çevrilib.

Hadisəyə müdaxilə edən bələdçilər sərnişinləri sakitləşdirməkdə çətinlik çəkib. Təhlükəsizlik səbəbindən pilot kursu dəyişərək Ərzurum hava limanına eniş etməyi qərara alıb. pizza hut

Hadisə yerinə cəlb olunan polis əməkdaşları davaya qarışan dörd nəfəri saxlayaraq ifadələrini alıb. Daha sonra onlar tibbi yoxlanışdan keçmək üçün xəstəxanaya göndərilib.

İnsidentin iştirakçılarının bir-birindən şikayət etdiyi bildirilib.

Lazımi prosedurlar tamamlandıqdan və təyyarəyə yanacaq doldurulduqdan sonra uçuş bərpa edilib. Təyyarə bir neçə saat sonra Astanaya çatıb və təhlükəsiz eniş edib.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!