Tibbi əlcəyi necə geyinmək lazımdır? - Qaydalar

saytların hazırlanması

Evə çatdırılma

Tibbi əlcəyi necə geyinmək lazımdır? - Qaydalar

Sağlamlıq

07 Aprel 2020 14:14 2329


Virusdan qorunmaq üçün əsasən rezin əlcəklərdən istifadə edilir. Mütəxəssislər əlcəklərin qoruyucu olmadığını və bəzi hallarda düzgün istifadə edilmədiyi təqdirdə virusu daha çox yaya biləcəyini deyirlər.

“Yeni Sabah” bildirir ki, həkim-terapevt Solmaz Musayeva bu barədə danışıb: “Gün ərzində əlcəklərlə gəzmək düzgün deyil, çünki belə olanda əlcəklərin köməkdən çox ziyanı olur. Əlcəklər əldə olanda arxayınçılıq yaradır və çox vaxt əlləri yumadan çirkli əlcəklərlə hər şeyə toxunurlar. Belə olanda həm dəri havasız qalır, həm də əlcəklər yoluxmaya səbəb olur”.

Lakin bununla yanaşı, əlcəklə olanda özünü rahat və təhlükəsiz hiss edənlər də var. Ona görə də əlcəyi geyinərkən və çıxararkən müəyyən qaydalara əməl etmək tövsiyə olunur: “Əslində, təbii əlcəklər istifadə olunmazdan əvvəl əllər təmiz yuyulmalı, tibbi məhlullarla təmizlənməli, əlcəklər kağız dəsmalla tam qurudulmalı və əllərdən nəmlik tam çəkiləndən sonra əlcəklər geyinilməlidir. Əlcəkləri soyunarkən arxadan önə doğru içəri üzünə çevirərək səliqəli şəkildə çıxarıb bükülərək ağzı bağlı zibil qabına atılmalıdır”. Sezar pizza

Həkimlər virusa yoluxmamaq üçün vacib olan şərtlərdən ən əsasının təbii gigiyenaya və qidalanmaya diqqət yetirməyin lazım olduğunu bildirilər./AZƏRTAC/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!