Tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi

Sosial

02 İyun 2020 12:43 1132


Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Yenisabah.az bildirir ki, müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib. 

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir.  Dominos pizza

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. 

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!