Tikinti materiallarının istehsalı azalıb

saytların hazırlanması

Evə çatdırılma

Tikinti materiallarının istehsalı azalıb

İqtisadiyyat

16 Avqust 2025 09:59 341


Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.

Yenisabah.az 2025-ci ilin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, dövr ərzində sementin istehsalı 3,2 faiz, betonun istehsalı 6,3 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 11,7 faiz, asfaltın istehsalı 29,0 faiz, əhəngin istehsalı isə 32,4 faiz azalıb. 

2025-сi ilin yanvar-iyul aylarında armatur istehsalı 12,8 faiz, polad tökmə istehsalı 21,8 faiz, mis məftil istehsalı 89,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 32,1 faiz azalıb. (DSK) pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!