Tikinti şirkəti cərimələndi -   20 min manat

saytların hazırlanması

Evə çatdırılma

Tikinti şirkəti cərimələndi - 20 min manat

Hadisə

02 Yanvar 2020 15:16 1584


Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “İnşaat Konstruksiyaları” MMC barədə inzibati protokol tərtib edib.

"Yeni Sabah" xəbər verir ki, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. pizza mizza

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC pilot layihə olaraq Bakıda hündürmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!