“TikTok”da dövlət qulluqçularını şantaj edən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da dövlət qulluqçularını şantaj edən şəxs həbs olundu

Kriminal

02 Sentyabr 2025 13:42 592


"TikTok"da "fake" qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa olunub.

Yenisabah.az DİN-ə istinadla xəbərb verir ki, o, hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, onları hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub. Toyuqlu pizza

O, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.

Ş.Fətullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!