“TikTok”da növbəti fırıldaq: “Humanitar yardım təşkilatı” neçə-neçə adamı aldatdı

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da növbəti fırıldaq: “Humanitar yardım təşkilatı” neçə-neçə adamı aldatdı

Kriminal

23 Avqust 2025 09:19 435


Oğuzda onlayn yolla vətəndaşları aldadıb onların pulunu ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, "Tiktok"dakı "qemgin_20" adlı saxta hesabında canlı yayım açaraq özünü şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib. sonra izləyicilərindən əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib.

Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu ələ keçirib. pizza sifarişi

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!