“TikTok“da polisi söyən oğlana cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

“TikTok“da polisi söyən oğlana cəza verildi

Kriminal

08 Sentyabr 2022 13:47 1326


Göyçay rayonunda "TikTok" sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədən yeniyetmə cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Pənah Quliyev (ad və soyad şərtidir) bu əməlindən sonra polis şöbəsinə aparılıb. O şöbədə polis əməkdaşlarının tələblərinə tabe olmayıb. Bundan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunaraq Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə izahat verən təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməlindən peşmandır.  Pənah Quliyevin inzibati xətanı törətməsi sübuta yetirilib. Dominos pizza

Qərara əsasən, o, 200 manat məbləğində inzibati cərimə olunub.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!