Bir müddət əvvəl sosial media hesabında video paylaşaraq estetik əməliyyatlarını nümayiş etdirən müğənni Madonna son paylaşımı ilə yenidən gündəmə bomba kimi düşüb.
Yenisabah.az xəbər verir ki, “TikTok” hesabını aktiv şəkildə istifadə edən Madonna bu dəfə 1,8 milyon izləyicisinə qara alt paltarını nümayiş etdirib.
63 yaşlı Madonnanın sözügedən videosu qısa müddətdə 2,8 milyon dəfə izlənilib. Onun bu cür paylaşım etməsi pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Son vaxtlar bu cür qəribə paylaşımlar edən sənətçinin narkotik vasitələrin təsiri altında olduğu iddia edilib. Dominos pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız