Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi

Kriminal

25 Sentyabr 2025 17:10 899


Tiktoker Mahirə Marandskayanın fahişəliyə cəlbetmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

İş üzrə bir neçə qadın zərərçəkmiş qismində tanınıb. Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə, tiktoker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib. pizza mizza

Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb.

Məhkəmənin hökmü ilə M.Marandskaya gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.

Qeyd edək ki, tiktoker Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!