“TİME“ nəşrinin 3 ay öncəki xəbərdarlığı - Dünyanı kim yandırır?

saytların hazırlanması

Evə çatdırılma

“TİME“ nəşrinin 3 ay öncəki xəbərdarlığı - Dünyanı kim yandırır?

Dünya

06 Avqust 2021 09:58 940


“TİME”ın aprel buraxılışının üz qabığında meşə yanğınlarının harada olacağı barədə xəritə dərc edib.

Yenisabah.az azerforum.com-a istinadən xəbər verir ki, ABŞ dərgisinin proqnozuna elə Birləşmiş Ştatlardan başlamaq olar. Çünki iyulun 26-na qədər elə xəritədə göstərilən Kaliforniyada 5 min 566 yanğın baş verib.

Cənubi Amerikanın Amazon meşələrində də ara-sıra yanğınlar olur. Son illərin ən dəhşətli meşə yanğınları 2019-cu ildə olsa da, elə Braziliyanın özündə 2021-ci il iyulun 30-da da yanğın baş verib. pizza hut

“TİME” jurnalının yanğın anonsu verilər-verilməz elə xəritədə yandığını göstərdikləri Afrika da alovlanıb. CAR paytaxtı Keyptaunda hələ aprelin 20-də sakinlər evakuasiya olunurdu.

Xəritədə yanğın baş verəndən sonra yanğın ocağı kimi göstərilən yeganə yer Avstraliyadır. Cənub qitəsində meşə yanğınları 2021-ci ilin 7 fevralında yaşanıb. Görünür, jurnal Ceyms Kuk adasını gələcək yanğınlardan sığortalayıb.

Digər maraqlı fakt isə yanğın ocağı kimi Azərbaycanın yerləşdiyi regionun göstərilməsidir. Elə iki gün öncə Yardımlıdakı meşə yanğınlarını da “TİME”ın anonsları ilə bağlamaq olar. Amma...

Dərgidə göstərilən yanğın ocaqlarından biri coğrafi ərazisini dəyişib. Yaxud dəyişdirilib. Çünki meşə yanğınları daha çox Xəzər hövzəsi yox, Aralıq dənizi sahillərinə üz tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!