Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri başlandı

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri başlandı

İdman

15 May 2023 19:35 1221


Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri başlanıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, arenanın ot ortüyü yenilənir.

Qurumdan qeyd edilib ki, hazırkı örtük yararsız haldadır: pizza mizza

“Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. Buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır. Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah” - “Beşiktaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb. Meydança tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!