Tolikin bağlanmış verilişi: “Səhər-səhər adamları ağladırlar”

Tolikin bağlanmış verilişi: “Səhər-səhər adamları ağladırlar”

Şou Veb saytların hazırlanması

15 Sentyabr 2023 15:32 561


Prodüser və aparıcı Tarix Əliyev "Ümid ilə gəl" verilişinin yayımının dayandırılmasından danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, "Gün işığında" verilişinə qonaq olan T. Əliyev sosial problemlərin yer aldığı layihə istəmədiyini bildirib:

"Gördüm ki, başqalarının dərdini özümə götürürəm. Ölkəmizdə yetərli qədər sosial veriliş var. Onların da yayımlanma vaxtı var. Öyrəşmişik səhər tamaşaçını ağlatmağa. Ya kiminsə anasının qəbrini çəkir, ya da 15 il əvvəl dünyasını dəyişən atasından danışırlar. İnsanlar səhərini ağlamaqla başlamasın".

Qeyd edək ki, Tolik hazırda "Tarixin bir günü" şou xarakterli verilişi ilə tamaşaçı qarşısına çıxır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!