Tom Kruz ABŞ ordusu tərəfindən mükafatlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tom Kruz ABŞ ordusu tərəfindən mükafatlandırıldı

Dünya

18 Dekabr 2024 12:05 362


İllərdir ekranda ABŞ əsgərini canlandıran Tom Kruz indi real həyatda qəhrəmana çevrilib.

Yenisabah.az xəbər verir ki, Hollivud filmlərinin axtarılan siması olan Tom Kruz ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən nüfuzlu mükafata layiq görülüb.

"Top Gun" ulduzuna Londonda keçirilən mərasimdə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tərəfindən "Distinguished Public Service Award" (DPS) təqdim edilib. Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro mükafatı Kruza təqdim edərək, "Tom Kruzun işi bir çox nəsilləri Dəniz Qüvvələrində xidmət etməyə ruhlandırır", - deyib.  pizza

Məlumata görə, Kruz 1986-cı ildə çəkilmiş "Top Gun" filmindəki rolu sayəsində o dövrdə bir çox gəncin orduya qatılmasında xüsusilə təsirli olub./Unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!