Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakıya təcili eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakıya təcili eniş etdi

Hadisə

22 Oktyabr 2023 17:16 346


Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub. pizza sifarişi

“Boeing 777” yerli vaxtla saat 15:50-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin olub. Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir”, - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!