Tovuz sakini evinə gələn qonağı güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Tovuz sakini evinə gələn qonağı güllələdi

Kriminal

20 Sentyabr 2022 10:50 1163


Tovuz rayonunda qonşusu Ələsgər Ələsgərovu güllələyən Ədalət Verdiyev saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 19-u axşam saatlarında Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 3/1-nin güllə yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub. Dominos pizza

Polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.

Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!