Tovuzda ağır qəza: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda ağır qəza: Ölən və yaralananlar var

Hadisə

15 Noyabr 2021 09:33 616


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Dominos pizza

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!