Deyirlər ki, nikah - iki şəxsin bilinməzliyə doğru uçuşudur.
Nə etməli ki, ailə həyatı uzunömürlü və xoşbəxt olsun?
Astroloji nöqteyi-nəzərdən nikahın möhkəm və uzunömürlü olmasının ən dəqiq analizini almaq üçün şəxsi qoroskop tərtib olunmalıdır. Dördpendirli pizza
Astroloqlar bir-biri ilə yaxşı yola gedən bürcləri açıqlayıb.
Yenisabah.az bu cütlükləri təqdim edir::
Buğa + Xərçəng. Bu ittifaqın ahəngdarlığı ümumi maraqlara, hər şeydən əvvəl də ailə ocağına, uşaqlara bağlılığa əsaslanıb. Lakin hər bir ailədə vaxtaşırı söz-söhbət, anlaşılmazlıqlar olur. Beləliklə, qarşılıqlı məhəbbət və hörmətə baxmayaraq, həm ər, həm də arvad tərəfindən xəyanət gözləmək mümkündür. Belə xəyanətdə müsbət cəhətlər də var, çünki qəribə də olsa, xəyanət ittifaqı möhkəmləndirir. Necə deyərlər, hər şey müqayisədə tanınır. Ailədən kənarda əlaqəsi olan hər bir kəs öz həyat yoldaşında bu vaxta qədər bilmədiyi saysız müxtəlif keyfiyyətlər tapır. Ən əsası isə hər ikisinə aydın olur ki, ev elə bir qaladır ki, orda səni həmişə düzgün başa düşər və bağışlayarlar.bürclər,qoroskop və ulduz falı
Buğa + Qız. Bu iki bürc arasındakı nikah çox geniş yayılıb və əksər hallarda xoşbəxt ittifaqdır. Hər ikisi ağıllı, praktik, gözəl bacarığa malikdirlər. Ər də, arvad da hər işdən baş çıxaran adamlardır. Hər ikisi yorulmadan öz yuvalarını qurub-yaratmağa hazırdırlar. Düzdür, Buğa bir balaca tərsdir, lakin Qız yolagedəndir, evdə sakitliyin qorunması üçün həmişə öz maraqlarını qurban verəndir, bu da onda pis alınmır.
Buğa + Oğlaq. İttifaq, Oğlaqın diplomatik bacarığı sayəsində əlverişlidir. Öz təbiəti etibarilə o, öndərdir, buna gərə həmişə hər yerdə — Buğanın məişət xasiyyətlərini dəyişməkdən başlamış, onun həyat tərzinin dəyişməsinə qədər hər işdə tərbiyəçi, ustad vəzifəsində çıxış edir. Hər bir normal adam kimi Buğa da vaxtaşırı üsyana qalxır, lakin bic Oğlaq Buğada aldadıcı azadlıq ruhu yaradaraq üsyanı vaxtında və bacarıqla sakitləşdirə bilir. Üsyan sakitləşən kimi Oğlaq yenə də tərbiyə prosesinə başlayır. Özü də bütün bunları elə edir ki, təbiəti etibarilə sakit olan Buğa onun hərəkətlərindən valeh olur.
Əkizlər + Şir. İlk əvvəllər bu ittifaq ehtirasa və güclü hisslərə əsaslanır. Zaman keçdikcə onlar zəifləyir və dostcasına hörmət münasibətləri ilə əvəz olunurlar ki, bunlar da nigahı daha da möhkəmləndirir. Bu işdə əsas rolu Şir oynayır. Əgər Şir kişi, Əkizlər isə qadındırsa, onda o – sevimli bir körpədir ki, onun qayğısına qalır, nazıyla oynayır, darıxmağa qoymurlar, bir sözlə, ərköyünləşdirirlər. Əgər Şir qadın, Əkizlər isə kişidirsə, onda o, dinclik və sakitlik mücəssiməsidir. Onlar bir-birini qane etməyə çalışırlar.
Əkizlər + Tərəzi. Bu ittifaqın münasibətləri mülayimdir, qaydasındadır. Nigahın üstün cəhəti – ahəngdarlıqdır. Onların çoxlu ümumi maraqları var. Kənardan elə görünür ki, evin böyüyü Əkizlərdir. Əslində isə evin əsil sahibi Tərəzilərdir. Lakin onlar sanki gizli hökmdar rolunda olurlar. Onlar Əkizləri altdan-altdan, ehmalca özlərinə lazım olan istiqamətdə aparırlar. Tərəzi qadın olarsa, bu lap yaxşıdır. O, təbiətdən gözəl ana, yaxşı evdar qadındır ki, bunu da Əkizlər – kişi çox yüksək qiymətləndirir.
Şir + Tərəzi. Şah kimi Şir və taraz Tərəzi bir-birini əla tamamlayırlar. Bu, ahəngdarlığı və sabitliyi ilə seçilən ən uğurlu nigahlardandır. Onlar bütün məsələlərdə həmişə dil tapırlar, həmişə kompromisə getməyə hazırdırlar.
Qoç + Dolça. Qoç üçün Dolça ideal portnyordur. Dolça həmişə müxtəlif dəyişikliklərə və macəralara hazırdır. Dostlarla olan münasibəti yüksək qiymətləndirir, onlara görə çox şeyə getməyə hazırdır. Bu isə ailə üçün çox da yaxşı olmaya bilər, lakin o bunu ailəyə xətər toxunmadan edə bilir ki, bu da onun ikinci yarısı tərəfindən qiymətləndirilir. Bütün digər bürclərdən fərqli olaraq Dolça, Qoçu bir insan kimi, bir şəxsiyyət kimi qiymətləndirir və ona hörmət edir, onun müstəqilliyini dəstəkləyir və eyni cavab reaksiyasını da alır.
Telegram kanalımız