“Toydan gələndə pulun 70 faizini özünə götürür“ - Rəmiş arvadından gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

“Toydan gələndə pulun 70 faizini özünə götürür“ - Rəmiş arvadından gileyləndi

Şou

16 Avqust 2019 12:06 1526


Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV telekanalında yayımlanan “Bağ mövsümü” proqramının qonağı olub. 

“Yeni Sabah” xəbər verir ki, gitara ifaçısı həyat yoldaşından danışan zaman verilişin digər qonağı - millət vəkili, yazıçı Aqil Abbas ona müdaxilə edib.

“Mən səmimi deyirəm, Güllü olmasaydı, Rəmiş çoxdan ölmüşdü. O, ona təkcə həyat yoldaşı deyil, həm anasıdır, həm bacısıdır, həm qardaşıdır”, - deyə Aqil Abbas bildirib.  pizza hut

Buna baxmayaraq, Rəmiş həyat yoldaşından gileylənməyi unutmayıb: 

“O mənim üçün arvad deyil, başqa aləmdir. Toydan gələndə pulun 30%-ni mənə verir, 70%-ni özünə götürür, bu hərəkətinə görə narazıyam ondan. Aqil müəllimə demişəm, ona bir tapşırıq versin”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!