Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Yenisabah.az xəbər verir ki, Superliqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Emrehan Gediklini transfer edib.
18 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb. Türkiyə təmsilçisi bu transferə görə Leverkuzen klubuna 800 min avro ödəniləcəyini açıqlayıb. Dördpendirli pizza
“Trabzonspor” daha öncə Jan Evrar Kuassi, Edin Vişça, Timoteuş Puxaç, Yusuf Ərdoğan, Enis Destan, Batuhan Kör, Taha Altıkardeş və Kərəm Şəni də transfer etmişdi.
Telegram kanalımız