Tramp: 2-3 həftə...

saytların hazırlanması

Evə çatdırılma

Tramp: 2-3 həftə...

Dünya

05 May 2026 14:28 134


ABŞ Prezidenti Donald Tramp "The Hugh Hewitt Show" podkastına verdiyi müsahibədə Vaşinqtonun Tehranla münaqişəsinin həlli 2-3 həftə çəkəcəyini bildirib.

"Yeni Sabah" ABC News-a istinadla xəbər verir ki, o, Vaşinqtonun həll üçün vaxt qrafikini önəmli saymadığını vurğulayıb.

Tramp BƏƏ-nin atəşə tutulmasından sonra atəşkəsin tamamlanıb-tamamlanmaması ilə bağlı suala cavab verməkdən imtina edib.

Amerika lideri digər məsələlərlə yanaşı, İranın zənginləşdirilmiş uranın istifadəyə yararsız ola biləcəyi fikrini də irəli sürüb: "O, çox dəyərli deyil. Yəqin ki, istifadəyə yararsızdır. Onu çıxara bilməyəcəklər".

Eyni zamanda, ABŞ Prezidenti yenə də bu zənginləşdirilmiş urana nəzarəti ələ keçirmək istəyini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!