Tramp Baydeni “tərəvəz” adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Baydeni “tərəvəz” adlandırdı

Siyasət

13 Avqust 2024 09:42 567


ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp milyarder və iş adamı İlon Maska müsahibəsi zamanı hazırkı dövlət başçısı Co Baydeni "tərəvəz" adlandırıb. 

"Bayden, mənim fikrimcə, tərəvəz olmağa çox yaxındır," - deyə o bildirib. 

Tramp Baydenin çimərlikdə istirahət etdiyi görüntülərə baxdığını və onun zorla gəzə bildiyini qeyd edib.  pizza sifarişi

"Bu, çox pis görünür. Elə bil bizim, ümumiyyətlə, prezidentimiz yoxdur" - deyə siyasətçi əlavə edib. 

Bundan əvvəl Bayden noyabr ayında dövlət başçısı seçkilərində Trampın məğlub olması halında hakimiyyətin dinc yolla təhvil verilməsinə şübhə ilə yanaşdığını bildirmişdi./BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!