“Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq”

Siyasət

19 İyul 2024 15:29 617


Ukrayna Prezidenti Volodimir Zelenski əgər Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. 

Yenisabah.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, iyulun 18-də Oksfordda keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyada səfərdə olan V.Zelenski BBC telekanalına müsahibə verib. 

O, Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Prezident qeyd edib ki, ancaq o, zəhmətkeşdir və ABŞ-da hakimiyyətdə olan hər kəslə işləməyə hazırdır.  Toyuqlu pizza

Volodimir Zelenski müsahibəsində Ukrayna-Britaniya münasibətlərinə də toxunub. Kir Starmerin baş nazirlik müddətinin Britaniyanın xarici siyasətində xüsusi bir dövrə damğa vuracağına ümid etdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!