Tramp Rusiya və Ukraynanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Rusiya və Ukraynanı təbrik etdi

Dünya

07 Sentyabr 2019 18:10 967


ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi münasibətilə hər iki dövləti təbrik edib.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.

“Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi zamanı böyük sayda insan azad olunub. Bu, çox yaxşı xəbərdir, sülhə doğru ilk iri addımdır. Hər iki ölkəni təbrik edirəm!”, - D. Tramp qeyd edib. pizza mizza

Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.

Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!