Tramp yeni müşaviri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp yeni müşaviri açıqladı

Dünya

18 Sentyabr 2019 18:03 993


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Robert O'Brayen olacaq.

"Yeni Sabah" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

Tramp bildirib ki, Robert O'Brayenlə çoxdan və uzun müddət bir yerdə işləyib, o, bu indiyə qədər Dövlət Departamentində girovlarla iş üzrə Prezidentin xüsusi elçisi kimi uğurla çalışıb: “Robert O'Brayeni milli təhlükəsizlik üzrə yeni məsləhətçimiz olaraq təyin edəcəyimi elan etməkdən məmnunam. O, işinin öhdəsindən əla gələcək". Pepperoni pizza

Xatırladaq ki, ABŞ prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu ötən həftə istefaya göndərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!