Trampa qarşı cinayət işinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Trampa qarşı cinayət işinə xitam verildi

Siyasət

15 İyul 2024 20:38 598


Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı bütün ittihamları rədd etmək qərarına gəlib.

Müvafiq qərar qurumun elektron məlumat bazasında dərc edilib.

Oxu.az TASS-a istinadən xəbər verir ki, məhkəmə katibinə bu işə xitam verilməsi tapşırılıb. İş üzrə təyin edilmiş bütün dinləmələr ləğv edilib. Sezar pizza

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si "tam məxfi" kimi təsnif edilib.

2023-cü ilin iyununda Mayami məhkəməsi eks-prezidenti məxfi sənədlərlə düzgün işləməməkdə ittiham edib. Ağ Evin keçmiş sahibinin özü iddia edib ki, tələskənlik və iş yükü çox olduğundan sənədləri qaytarmağa vaxt tapmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!