Trampdan Türkiyə əsilli həkimə böyük etimad

saytların hazırlanması

Evə çatdırılma

Trampdan Türkiyə əsilli həkimə böyük etimad

Dünya

20 Noyabr 2024 12:25 629


Donald Tramp yeni administrasiyasının əsas vəzifəsi olaraq "Medicare və Medicaid Services" (CMS) Mərkəzlərinə əhbərlik etmək üçün türk əsilli amerikalı həkim Mehmet Özün namizədliyini irəli sürəcəyini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında məlumat yayıb.

Tramp Amerikanın ciddi sağlamlıq böhranı ilə üzləşdiyini vurğulayıb və Özü bu çətinliklərin öhdəsindən gəlmək üçün ən ixtisaslı həkim kimi tərifləyib. Toyuqlu pizza

Özün Harvard Universitetindən başlayaraq təhsil keçmişinə və geniş tibbi karyerasına toxunan seçilmiş prezident Özün ABŞ səhiyyə sistemindəki bir çox problemləri həll etmək potensialını vurğulayıb.

ABŞ-da "Medicare" 65 yaşdan yuxarı şəxslərə xidmət göstərən federal tibbi sığorta, "Medicaid" isə aşağı gəlirli şəxslərə sığorta təklif edən ortaq federal və dövlət proqramıdır. 2023-cü ildə federal hökumət "Medicaid"-ə 860 milyard dollar, "Medicare"-ə isə 848 milyard dollar xərcləyib.

Türkiyəli mühacirlərin oğlu olan Öz ikili vətəndaşlığa malikdir. O, uzun illər televiziya şoularında sağlamlıq mütəxəssisi kimi çıxış edib və öz verilişini aparıb.

Öz 2022-ci ildə Pensilvaniya ştatında ABŞ Senatına seçkilərdə mühafizəkar respublikaçı kimi namizədliyini irəli sürdü, lakin mandatı qazana bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!