Trampın dollarla bağlı şok qərar verəcəyi gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Trampın dollarla bağlı şok qərar verəcəyi gözlənilir

İqtisadiyyat

26 İyun 2019 13:27 1028


ABŞ prezidenti Donald Tramp yaxın zamanda dolların devalvasiyası ilə bağlı qərar verəcək.

Bu barədə ABŞ-ın ən böyük maliyyə qurumlarından olan “Bank of America” (BofA) məlumat yayıb.

Bankın analitikləri Xəzinə Nazirliyindən təlimat gələn kimi Nyu-York Mərkəzi Bankının dolları sataraq, başqa valyutalar almağa başlayacağını və nəticədə dolların ucuzlaşacağını açıqlayıblar. Dördpendirli pizza

ABŞ iqtisadiyyatı ötən il 2,9 faiz inkişaf edib, lakin ilin sonuna doğru ciddi şəkildə durğunluq yaranıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı iki ildə ABŞ-ın ümum daxili məhsulu azalacaq.

Tramp hesab edir ki, dollar ucuzlaşacaqsa, bu xarici ölkələrin ABŞ məhsullarını almasını təşviq edəcək.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!