Trampın Polşaya səfəri baş tutmadı

saytların hazırlanması

Evə çatdırılma

Trampın Polşaya səfəri baş tutmadı

Dünya

30 Avqust 2019 07:59 1150


ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb.

“Yeni Sabah” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, səfərin təxirə salınmasına səbəb “Dorian” qasırğasının Florida ştatının sahillərinə doğru yaxınlaşması olub. Verilən məlumata görə, qasırğa 2 sentyabrda Florida sahillərinə çatmalıdır. 

Prezidentin bu səfərinin ləğv olunmadığı sadəcə yaxın müddətə qədər təxirə salındığı deyilir. pizza mizza

Qeyd edək ki, Tramp Polşaya sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün səfər edəcəkdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!