Trampın Ukraynaya dair 3 planı var

saytların hazırlanması

Evə çatdırılma

Trampın Ukraynaya dair 3 planı var

Dünya

04 Dekabr 2024 14:41 416


Donald Trampın komandasının ixtiyarında Ukraynada nizamlanma planı kimi 3 variant var.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, onlardan birini ölkənin gələcək vitse-prezidenti Ceyms Devid Vens hazırlayıb.

Bundan başqa, Ukrayna və Rusiya üzrə xüsusi elçi olacaq Keyt Kelloqun və milli kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra edən Riçard Qrenellin variantları var. Toyuqlu pizza

Gələcək vitse-prezident Ukraynaya yardım göstərilməsinə qarşı çıxıb, Ukraynanın NATO-ya üzvlüyünü rədd edib, lakin Ukrayna ilə sərhəddə silahsızlaşdırılmış zonanın yaradılmasının vacibliyini vurğulayıb. .

Qrenell hesab edir ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ABŞ-ın maraqlarına cavab vermir. Lakin keçmiş kəşfiyyat rəhbəri Ukraynanın şərqində muxtar zonaların yaradılmasını dəstəkləyir.

Kelloqun planının təfərrüatları məlumdur, o, Rusiya Federasiyasının danışıqlara razı olmadığı təqdirdə Ukraynaya yardımı artırmağı təklif edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!