TRIPP gürcüləri narahat edir – “Bu başadüşüləndir”

saytların hazırlanması

Evə çatdırılma

TRIPP gürcüləri narahat edir – “Bu başadüşüləndir”

İqtisadiyyat

14 Avqust 2025 09:33 3312


“Biznesin önəmli bir qaydası var: bütün yumurtaları bir səbətə yığmamaq. Ermənistanla əlaqələr tariximiz heç də həmişə rəvan olmayıb. Tutaq ki, bütün kommunikasiyaları Ermənistan ərazisinə cəmləmək istədik. Bu, iqtisadi cəhətdən mümkün deyil”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Elman Sadıqov deyib. 

O bildirib ki, Gürcüstan Azərbaycanın marşrut xətləri üçün alternativsiz ölkə idi: pizza sifarişi

“Gürcüstanın mövqeyini başa düşürəm, bir ölkə olaraq, öz mənafeyini düşünür. Biz də onların yerinə olsaq, o cür düşünərik. Bir vaxtlar başqa alternativ olmadığından onun iqtisadiyyatında böyük rol oynadıq. Tbilisi qlobal layihələrin tərkib hissəsinə çevrildi. Amma indi Gürcüstan narahatdır. Çünki ortaya alternativ bir dəhliz çıxır. Bu da başa düşüləndir. 

Azərbaycan həmişə imzaladığı müqavilələrə sadiq qalıb. Bu məsələdə bütün dünya Azərbaycana hörmət qoyur. Hər hansısa ticari öhdəliyimiz varsa, nəyin bahasına olursa-olsun, ödəyirik. Ona görə Gürcüstan keçən hər hansı bir marşrutun ləğv olunmasını mümkün görmürəm. Nə qədər investisiya qoymuşuq, onları niyə ləğv edək?!”

Gürcüstan mətbuatında enerji və lojistik daşımalarının tədricən Zəngəzur yoluna inteqrasiya ediləcəyi fikri tez-tez səsləndirilir. Qonşu ölkədə belə bir yanaşma formalaşıb ki, Orta dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsi Gürcüstanın önəmli tranzit ölkə mahiyyətini kəskin azalda bilər. Elman Sadıqov isə qeyd edib ki, TRIPP-lə bağlı eyforiyaya qapılamağa ehtiyac yoxdur:

“Biznesin önəmli bir qaydası var: Bütün yumurtaları bir səbətə yığmamaq. Ermənistanla əlaqələr tariximiz heç də həmişə rəvan olmayıb. Tutaq ki, bütün kommunikasiyaları Ermənistan ərazisinə cəmləmək istədik. Bu iqtisadi cəhətdən mümkün deyil. 

Bakı-Tbilisi-Ceyhan boru xəttini dəyişə bilməzsiniz. Buna ehtiyac da yoxdur. Amma burada önəmli məsələ gələcəkdə TRIPP istiqamətində nəzərdə tutulan hər hansı dəmiryolu xəttidir. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yük həcmini azaldacaq. Yaxud gələcəkdə həmin istiqamətdə çəkilə biləcək hansısa qaz xətti alternativ bir varianta çevrilə bilər. Amma təbii ki, bu, Gürcüstandakı qaz xəttini ləğv etməyəcəyik. Ona milyardlarla pul qoyulub və beynəlxalq müqavilələrlə tənzimlənir. Bu barədə eyforiyaya qapılamağa ehtiyac yoxdur və praqmatik yanaşmaqda fayda var”.

Xatırladaq ki, son günlər Gürcüstan mətbuatında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu”nun (TRIPP) açılması ciddi narahatlıqla qarşılanıb. Gürcülər Orta dəhliz layihəsini ölkələri üçün xüsusən tranzit marşurtların aktuallığı baxımından ciddi təhlükə hesab edirlər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!