TRT Laləni açıq-saçıq geyiminə görə efirə buraxmadı - Foto

saytların hazırlanması

Evə çatdırılma

TRT Laləni açıq-saçıq geyiminə görə efirə buraxmadı - Foto

Şou

28 Yanvar 2022 14:03 2027


Əməkdar artist Lalə Məmmədova İpek Acarın TRT-də yayımlanan proqramında qonaq olub.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, Acar mərhum türkiyəli müğənni Kayahanın arvadıdır.

Lalə Məmmədovanın veriliş üçün hazırlanan libası narazıçılıq yaradıb. Bu haqda müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşım edərək, Laləyə və onunla çalışan stilist Elnur Həsənova söz atıb. Sezar pizza

Elnur "Deməsəm olmaz" verilişində məsələyə aydınlıq gətirib:

"Geyimin eskizini özüm hazırladım. Bütün mahnılar seçildi və göndərildi. Bizə deyilməyib ki, TRT-də açıq geyimə qadağa var. Dövlət kanalıdır, bu, normaldır. Paltar hazırlandı, saç, makiyaj düşünüldü və biz Türkiyəyə getdik.

Çəkiliş günü studiyada hamı deyir paltar gözəldi, amma bu geyimdə efirə çıxmaq olmaz. Dedilər ki, get, nəsə al. TRT Taksimə yaxın idi, qaçıb bir top aldıq və Lalə xanım paltarın altından geyinib efirə çıxdı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!