Tunis prezidentinə xəbərdarlıq mesajı çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tunis prezidentinə xəbərdarlıq mesajı çatdırıldı

Dünya

14 Avqust 2021 10:43 883


ABŞ prezidenti Co Bayden Tunis prezidenti Qeys Səidə yazılı mesaj göndərib.

Yenisabah.az xəbər verir ki, ABŞ milli təhlükəsizlik müşavirinin müavini Conatan Viner Baydenin Səidə yazdığı mesajı çatdırıb.

Mesajda “Amerika Birləşmiş Ştatları Tunis Prezidenti Səidin hökumət və siyasi səviyyədə atacağı növbəti addımları səbirsizliklə gözləyir” ifadələri işlənib. pizza hut

Tunis Prezidenti paytaxt Tunisdəki Kartaca Sarayında ABŞ milli təhlükəsizlik müşavirinin müavini Conatan Vinerin başçılıq etdiyi ABŞ nümayəndə heyətini qəbul edib.

Görüşdə Qeys Səid müstəsna tədbirlərin konstitusiyanın tətbiqi çərçivəsində olduğunu və xüsusilə siyasi, iqtisadi və sosial böhranlar və geniş yayılmış korrupsiya və rüşvət fonunda geniş xalq iradəsinə cavab verdiyini bildirib.

O, Tunisin ABŞ cəmiyyəti ilə paylaşdığı azadlıq, ədalət və demokratiya dəyərləri ilə bağlı heç bir narahatçılığın olmadığını vurğulayıb.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!